...

Bakıda naməlum şəxslər yol ötürücüsünə ciddi ziyan vurub (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2013 14:42 (UTC +04:00)
Noyabrın 13-də gecə saatlarında bir qrup naməlum şəxs Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı yolunda aeroporta yaxın dəmir yolu üzərindəki yol ötürücüsünə ciddi ziyan vurub.
Bakıda naməlum şəxslər yol ötürücüsünə ciddi ziyan vurub (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İzzət/

Noyabrın 13-də gecə saatlarında bir qrup naməlum şəxs Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı yolunda aeroporta yaxın dəmir yolu üzərindəki yol ötürücüsünə ciddi ziyan vurub.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, naməlum şəxslər yol ötürücüsünün istinad divarları üzərindəki 109 ədəd beşguşəli işığı, əyrixətli tirlərdə olan 70 ədəd işıqqaytarıcını, tirlərin altındakı 138 ədəd xəbəredici siqnal işıqlarını sındırıblar.

P.Mürsəliyev bildirib ki, yol təsərrüfatına ciddi ziyan dəyib və faktla bağlı müvafiq qurumlar araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti