...

Dünya Bankı Respublika Seysmoloji Xidmət Mərkəzi ilə layihələrin həyata keçirilməsində maraqlıdır

Cəmiyyət Materials 22 Noyabr 2013 12:10 (UTC +04:00)
Dünya Bankının nümayəndəsi Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
Dünya Bankı Respublika Seysmoloji Xidmət Mərkəzi ilə layihələrin həyata keçirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İzzət/

Dünya Bankının maliyyə sektoru üzrə nümayəndəsi Benjamin Fox Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

RSXM-dən Trend-ə verilən məlumata görə, AMEA nəzdində RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşən qonağa mərkəzin telemetrik monitorinq şəbəkəsinin işi, aparılan kompleks seysmoloji tədqiqatlar barəsində ətraflı məlumat verilib.

Təbii fəlakətlərin bütün dünya üçün problem olduğunu bildirən qonaq isə öz növbəsində RSXM-də görülən işlərin yüksək səviyyədə olduğunu və Dünya Bankının seysmik risklərin qiymətləndirilməsi istiqamətində mərkəzlə birgə layihələrin həyata keçirilməsinə maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti