...

Telman Əliyev: Azərbaycanda informatika sahəsinin inkişafı birbaşa Heydər Əliyevin adı ilə bağlıdır

Cəmiyyət Materials 12 Dekabr 2013 13:12 (UTC +04:00)
Azərbaycanda informatika sahəsinin inkişafı birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev Trend-ə bildirib.
Telman Əliyev: Azərbaycanda informatika sahəsinin inkişafı birbaşa Heydər Əliyevin  adı ilə bağlıdır

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda informatika sahəsinin inkişafı birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev Trend-ə bildirib.

T.Əliyev deyib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişinə qədər ölkəmizdə informatika sahəsi ikinci dərəcəli sahə hesab edilirdi. Tamamilə bərbad vəziyyətə düşən informatika sahəsi öz inkişaf səviyyəsinə görə də digər ölkələrdən geri qalırdı. Ancaq Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra informatika sahəsini inkişaf etdirmək üçün alimlər dahi liderə müraciət edirlər: "O, bizdən soruşdu ki, nə etmək lazımdır? Biz dedik ki, o zaman yeni çıxan, çox sayda əməliyyatlar həyata keçirə bilən hesablayıcı maşın alınsın. Həmin maşın o zaman hərbi sahəyə və ən böyük mərkəzlərə verilirdi. O maşının olmaması bizi çox geridə qoyurdu. O maşının alınması üçün müxtəlif nazirliklərdən rəy alınmalı idi. Bu isə çox çətin idi. Heydər Əliyev bizə bu işdə kömək edəcəyinə söz verdi".

T.Əliyev deyib ki, Heydər Əliyevin SSRİ Elmlər Akademiyasının prezidenti ilə apardığı danışıqlardan sonra həmin hesablayıcı maşın Azərbaycana verilir. Bundan sonra isə Azərbaycanda informatika sahəsi sürətlə inkişaf etməyə başlayır. Ondan sonra - 1972-75-ci illərdə Azərbaycanda nazirliklərdə, universitetlərdə çoxlu Hesablama mərkəzləri açılmağa başladı. Bundan sonra Azərbaycanda bir neçə hesablayıcı maşın zavodları yaradıldı: "Bundan sonra Azərbaycanda informatika sahəsi elə sürətlə inkişaf etməyə başladı ki, biz SSRİ-də bu sahə üzrə ən aparıcı ölkələrdən biri olduq. Bu gün isə biz informatika sahəsi üzrə dünyada aparıcı ölkələrdən biriyik. Bunun əsasını isə Heydər Əliyev qoyub. Əgər o vaxt bu işlər olmasaydı, onda biz bu gün bu nailiyyətləri əldə edə bilməzdik. Bunlar hamısı onun xidmətlərinin nəticəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti