...

Prezident İlham Əliyevin ad günü münasibətilə Gəncə şəhərində ağacəkmə kampaniyasına start verilib

Cəmiyyət Materials 23 Dekabr 2013 11:27 (UTC +04:00)
Prezident İlham Əliyevin ad günü münasibətilə Gəncə şəhərində ağacəkmə kampaniyasına start verilib.
Prezident İlham Əliyevin ad günü münasibətilə Gəncə şəhərində ağacəkmə kampaniyasına start verilib

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Prezident İlham Əliyevin ad günü münasibətilə Gəncə şəhərində ağacəkmə kampaniyasına start verilib.

Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində ilk ağacı İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əkib.

Prezident İlham Əliyevin 52 yaşının tamam olması münasibətilə Gəncədə Məhsəti qəsəbəsində 52 min ağac əkiləcək. Proses bu gündən başlayaraq dekabrın 30-na qədər davam edəcək.

Qeyd edək ki, bu kampaniya IDEA (International Dialogue for Environmental Action) Kampaniyası və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir. Ağaclar əkilən sahə aqro-texniki şərtlərə əməl olunaraq damcı suvarma sistemi ilə təchiz olunub.

Son iki ildə Gəncədə 2 milyondan artıq ağac əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti