Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikası ərazisində 2013-cü il ərzində 2846 yol nəqliyyat hadisəsi baş verib. Baş vermiş yol qəzaları zamanı 1164 nəfər ölüb, 2948 nəfər müxtəlif dərəcəli bədən xəsarətli alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, 2012-ci illə müqayisədə hadisələrin sayı 46, ölüm sayı 4, xəsarət alanların sayı 49 fakt azalıb.
Kamran Əliyev bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.