...

Azərbaycanda ictimai nəqliyyatda kartla ödəniş sisteminin tətbiqinə başlanılıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2014 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.Əliyev/

Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlayıb.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Trend-ə bildirib ki, kartın qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir.

Artıq 1 milyona yaxın kart sifariş verilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır.

Hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq olunacaq.

Bu prepaid-kartlar MasterCard bazasında Bank of Azerbaijan tərəfindən buraxılıb.

N.Həsənov bildirib ki, artıq təxminən 450 min kart hazırdır: "Daha bir milyon kart əlavə olaraq sifariş edilib. Kartları Bakıda fəaliyyət göstərən köşklərdən, eləcə də Bank of Azerbaijan-ın filiallarından əldə etmək olar".

Xüsusi qurğular - verifikatorlar artıq paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılıb.

N.Həsənov onu da bildirib ki, kartın balansını köşklərdə, eləcə də xüsusi loqotip olan satış nöqtələrində artırmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti