...

Azərbaycan vətəndaşlarının nəzərinə: 100 manatlıq əskinas alarkən ehtiyyatlı olun

Cəmiyyət Materials 16 Yanvar 2014 12:52 (UTC +04:00)
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən mağazaya gəlmiş Şərur rayon sakini Əsgər Abbasov orada satıcı işləyən İradə Aydəmirovaya 1 ədəd saxta 100 manatlıq əskinas verib 5 manatlıq alış-veriş edərək ona qalıq qaytarılmış 95 manatı alaraq getmişdir.
Azərbaycan vətəndaşlarının nəzərinə: 100 manatlıq əskinas alarkən ehtiyyatlı olun

Azərbaycan, bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən mağazaya gəlmiş Şərur rayon sakini Əsgər Abbasov orada satıcı işləyən İradə Aydəmirovaya 1 ədəd saxta 100 manatlıq əskinas verib 5 manatlıq alış-veriş edərək ona qalıq qaytarılmış 95 manatı alaraq getmişdir.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abbasov saxlanılıb və onun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə baxış zamanı 11 ədəd eyni nömrəli 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

Ə.Abbasov saxta əskinasları tanışı Naib Aslanova məxsus mağazada saxladığı "HP" markalı printer vasitəsi ilə hazırladığını bildirib.

Baxış zamanı oradan 1 ədəd printer və digər alətlər aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti