...

"Təmiz Şəhər" ASC 20 yanvar faciəsi ilə bağlı anım tədbiri keçirib

Cəmiyyət Materials 18 Yanvar 2014 13:53 (UTC +04:00)
“Təmiz Şəhər” ASC Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
"Təmiz Şəhər" ASC 20 yanvar faciəsi ilə bağlı anım tədbiri keçirib

Azərbaycan, Bakı, 18 yanvar/ Trend/

"Təmiz Şəhər" ASC Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

"Təmiz Şəhər" ASC-dən Trend-ə verilən məlumata görə, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda baş tutmuş tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq bildirmişdir ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daima yaşayacaqdır.

Daha sonra çıxış edən Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermiş və 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı Sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti