...

Azərbaycanda dənli taxıl bitkilərinin mədəni və yabanı növləri üzərində iki növ yeni virus aşkarlanıb

Cəmiyyət Materials 22 Yanvar 2014 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq dənli taxıl bitkilərinin mədəni və yabanı növləri üzərində iki növ yeni virus aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun direktor müavini, bologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov Trend-ə bildirib ki, onlar "Barley yellow dwarf virus" (BYDV) və "Cereal yellow dwarf virus"dur (CYDV): "İlkin araşdırmalar nəticəsində həmin virusların Azərbaycanda olduğu aşkarlanıb. Onun Azərbaycana hansı yolla, hansı ölkədən keçdiyi hələ bəlli deyil".

M.Abbasov deyib ki, həmin virusların bitkilərə təsiri, onun nə qədər məhsul itkisi yarada biləcəyi də hələ müəyyən edilməyib. İnstitutun direktor müavini bunun böyük tədqiqat mövzusu olduğunu söyləyib.

Alimin sözlərinə görə, həmin vurusun növbəti taxıl mövsümündə müşahidə edilib-edilməyəcəyi barədə də indi fikir söyləmək olmaz: "Bu barədə əvvəlcədən ehtimal irəli sürmək düzgün deyil. Bu, ola da bilər, olmaya da bilər. Çünki bu, iqlimdən asılı olan məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti