...

Bakıda aptekdən psixotrop maddələr qrupuna aid olan dərmanlar götürülüb

Cəmiyyət Materials 22 Yanvar 2014 12:26 (UTC +04:00)
Bakı şəhər sakininə məxsus aptekdən psixotrop maddələr qrupuna aid olan dərmanlar götürülüb.
Bakıda aptekdən psixotrop maddələr qrupuna aid olan dərmanlar götürülüb

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakininə məxsus aptekdən psixotrop maddələr qrupuna aid olan dərmanlar götürülüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Xuraman Mustafayeva özünə məxsus "Vidal" aptekində psixotrop maddələr qrupuna aid olan "Rivatril" dərman preparatını satarkət tutulub.

Aptekə baxış zamanı 270 həb "Rivotril və 60 ədəd "Fenibut" dərman preparatları aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti