Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/
İstirahət günü Azərbaycanda soyuq, qeyri-sabit hava şəraiti hökm sürəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, əsasən, gecəyə doğru yarımadanın bəzi yerlərində sulu qar yağacaq, şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında yanvarın 26-da havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 4-7 dərəcə isti təşkil edəcək.
Yanvarın 26-da əksər rayonlarda hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.
Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.
Aran rayonlarında yanvarın 26-da havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacağı proqnozlaşdırılır.