...

Əli Hüseynli: Elə etmək lazımdır ki, vətəndaş-məmur münasibətlərində birbaşa təmas baş verməsin

Cəmiyyət Materials 27 Yanvar 2014 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/

"ASAN xidmət"in tətbiq dairəsini genişləndirmək lazımdır. Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Parlament komitəsinin sədri qeyd edib ki, "ASAN xidmət"in yaradılması vətəndaşların dövlət orqanları ilə təmasına çox yaxşı nümunə olduğundan onu təşviq etmək lazımdır: "ASAN xidmət" vətəndaş-dövlət məmuru münasibətlərinin necə qurulmalı, bunun hansı formada baş verməli olduğuna gözəl nümunədir. Biz bunu təşviq edirik. Ümumiyyətlə, elə etmək lazımdır ki, vətəndaş-məmur münasibətlərində birbaşa təmas baş verməsin. Elə bir üsul olmalıdır ki, nəticədə vətəndaşda dövlət qurumlarına inam olsun".

Millət vəkilinin fikrincə, vətəndaş onun biliyinə, bacarığına adekvat, ədalətli qiymət verildiyinə inanmalıdır: "Bilirsiniz bu niyə vacibdir? "ASAN xidmət" vətəndaşlarda dövlət orqanlarına olan inamı sadəcə artırmadı, o həm də vətəndaşların məsuliyyətini artırdı. Çünki vətəndaş dövlət orqanı ilə səmərəli, vicdanlı qarşılıqlı münasibət görəndə o dövlətə həm inanır, həm də onu qorumağa çox maraqlı olur, çünki onu özününkü hiss edir. Deməli, bunun həm də çox böyük siyasi əhəmiyyəti var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti