...

Avropa Gənclər Forumunun nümayəndələri Gəncədə olublar (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2014 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Bu gün Avropa Gənclər Forumunun Məşvərət Şurasının nümayəndələri Gəncə şəhərinin aparıcı gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçiriblər.

Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdə Qeyri Hökümət Təşkilatlarının sədrləri və yerli fəal gənclər iştirak ediblər.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış edərək, görüşün əsas məqsədinin Avropa Gənclər Forumunun Məşvərət Şurasının nümayəndələri ilə burada olan milli şuralar arasında geniş əlaqələr yaratmaq olduğunu bildirib.

Geniş tanışlıq mərasimindən sonra fəal təşkilat nümayəndələri öz planları, təklifləri və layihələri ilə çıxış ediblər. Səslənən təkliflərin bir neçəsi nəzərə alınaraq, tədbirlər planına əlavə olunub.

Görüşdə Gəncədə bir neçə beynəlxalq təşkilatın nümayəndəliyinin açılması, birgə layihələrin həyata keçirilməsi, xaricdə yaşayan soydaşlarımızın da keçirilən beynəlxalq tədbirlərdə iştirak etməsi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, keçirilən görüşdə Gürcüstan, Ukrayna, Macarıstan, Finlandiya, Moldovadan gələn gənclər və təşkilat nümayəndələri olub. 30 nəfərdən çox fəalın iştirakı ilə baş tutan yığıncaq gələn qonaqlarda xoş təəssürat yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti