...

Tələbələr arasında müxtəlif mövzular üzrə olimpiada sona çatıb (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2014 09:35 (UTC +04:00)
Trend-in məlumatına görə, tələbələr arasında ilk dəfə bu cür müxtəlif mövzular üzrə və genişmiqyaslı keçirilən 4 olimpiadada 4000-ə yaxın tələbə iştirak edib.
Tələbələr arasında müxtəlif mövzular üzrə olimpiada sona çatıb (FOTO)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə tələbələr arasında keçirilən "Tibbi biliklər", "İqtisadi biliklər" , "Tarix" , "Psixologiya" mövzularında olimpiadalar sona çatıb.

Trend-in məlumatına görə, tələbələr arasında ilk dəfə bu cür müxtəlif mövzular üzrə və genişmiqyaslı keçirilən 4 olimpiadada 4000-ə yaxın tələbə iştirak edib.

I İqtisadi Biliklər Olimpiadası Azərbaycan Dövlət İqtisad Universiteti TGT, Tələbələrarası I Tarix Olimpiadası Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası TGT, Tələbələrarası I Psixologiya Olimpiadası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti TGT, Tələbələrarası I Tibbi Biliklər Olimpiadası Azərbaycan Tibb Universiteti TGT-nin təşəbbüsü ilə həyata keçirilib.

Olimpiadalarda ilk üç yerin qalibləri müvafiq olaraq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Digər olimpiadalardan fərqli olaraq Tibbi Biliklər olimpiadasının qaliblərinə xüsusi hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti