...

Azərbaycan Gənclər Fondu Strasburqda təmsil olunub

Cəmiyyət Materials 28 Yanvar 2014 16:40 (UTC +04:00)
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının Gənclərlə iş komitəsinin Bürosunun iclasında iştirak edib.
Azərbaycan Gənclər Fondu Strasburqda təmsil olunub

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının Gənclərlə iş komitəsinin Bürosunun iclasında iştirak edib.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, Bakıda təşkil ediləcək bir sıra beynəlxalq tədbirlərin təqdimatı keçirilib.

Bundan əlavə, F.Hacıyev tərəfindən Avropa Gənclər Fondunun direktoru ilə əməkdaşlıq məsələləri müzakirə edilib. Gənclər Fondunun icraçı direktoru Avropa Şurasının Gənclərlə İş üzrə Hökumətlərarası Daimi Komitəsi tərəfindən Rusiya Federasiyası ilə Avropa Şurası arasında gənclər sahəsində imzalanmış sazişin icrası ilə bağlı məruzəçi seçilib.

27-28 yanvar 2014-cü il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Gənclərlə iş komitəsinin Bürosunun iclası keçirilib. İclas zamanı Gənclərlə iş komitəsinin 2013-cü ilin yekun hesabatı təqdim olunub və 2014-cü il üçün nəzərdə tutulan proqram müzakirə edilib.

Eyni zamanda, iclasda gənclər üçün könüllülük proqramları, gənclərin və təşkilatların bacarıqlarını daha da inkişaf etdirmək üçün mövcud proqramlar çərçivəsində tərəfdaş ölkələrlə əlaqələrin artırılması məsələləri ətrafında diskussiyalar aparılıb. Bundan əlavə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə cari ilin may ayından etibarən sədrlik edəcəyi ilə bağlı Azərbaycan tərəfindən gənclər sahəsi üzrə hazırlanacaq fəaliyyət planı da müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti