...

ADA Universitetində yeni MBA proqramı açıldı

Cəmiyyət Materials 28 Yanvar 2014 18:09 (UTC +04:00)
Bu gün ADA Universitetinin Biznes İnstitutunda əyani, beynəlxalq MBA proqramının açılışı keçirilib.
ADA Universitetində yeni MBA proqramı açıldı

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bu gün ADA Universitetinin Biznes İnstitutunda əyani, beynəlxalq MBA proqramının açılışı keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirin açılışında ADA Universitetinin rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev, ADA Universitetinin tədris işləri üzrə prorektoru Patrik Kvin çıxış edib və qonaqları salamlayıb. ADA Biznes İnstitutunun dekanı Nejdet Delener isə öz növbəsində iştirakçılar üçün proqramın təqdimatını edib.

Qeyd edək ki, biznesin idarə edilməsi üzrə bu magistratura proqramında təhsil 18 ay ərzində, işləyənlər üçün uyğun qrafikdə aparılacaq. Tələbələrə kadrların idarə olunması, səhiyyənin idarə olunması, texnologiyaların idarə olunması və təchizat şəbəkəsinin idarə olunması üzrə ixtisaslar təklif olunur. MBA proqramında mühasibatlıq, maliyyə, marketinq, liderlik, iqtisadiyyat və strategiya üzrə fənlər ADA-nın yüksək ixtisaslı azərbaycanlı və xarici professorları tərəfindən tədris olunacaq. Proqrama qəbul olmaq üçün iş təcrübəsi tələb olunmur. Sənəd qəbulu artıq başlayıb və 1 may 2014-cü ilə qədər davam edəcək. Maraqlanan şəxslər əlavə məlumat üçün [email protected] ünvanına yaza bilərlər.

Xatırladaq ki, ADA Universitetinin Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə həyata keçirdiyi Ekzekyutiv MBA proqramı artıq fəaliyyət göstərməkdədir. Modullarla tədris olunan bu proqram minimum dörd illik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub. Dərslər həm ADA, həm də MSM-in professorları tərəfindən Bakı və Maastrix şəhərələrində tədris edilir. Proqramın sonunda məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti