...

Gələn ay Azərbaycanda hava anomal soyuq keçəcək, temperatur iqlim normasından aşağı olacaq

Cəmiyyət Materials 30 Yanvar 2014 10:30 (UTC +04:00)
Azərbaycanda fevral ayına olan hava proqnozu açıqlanıb.
Gələn ay Azərbaycanda hava anomal soyuq keçəcək, temperatur iqlim normasından aşağı olacaq

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda fevral ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevral ayının əvvəlində ölkə ərazisində hava şəraitinin anomal soyuq keçəcəyi, havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir.

Ayın ortalarında temperatur rejiminin normaya yaxın, üçüncü ongünlükdə isə xeyli tərəddüdlü olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər çox, bəzi rayonlarda isə normaya yaxın olacağı ehtimal edilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.

Ayın əvvəlində gecələr temperatur 4-8 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcək.

Gündüzlər ayın əvvəlində 0-3 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti olacaq, ayın sonunda temperatur 14 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-24 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 1-4 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.

Gecələr 10-15 dərəcə şaxta, bəzi günlərdə 20-25 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-9 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-5 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.

Gecələr ayın əvvəlində temperatur 14-18 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə şaxta təşkil edəcək. Gündüzlər ayın əvvəlində 5-10 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr temperatur ayın əvvəlində 5-10 dərəcə şaxta, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Gündüzlər ayın əvvəlində havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi günlərdə 2-7 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 0-5 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində temperatur 8-13 dərəcə şaxta, bəzi günlərdə 1-6 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər havanın temperaturu ayın əvvəlində 1-6 dərəcə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-55 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində temperatur 5-8 dərəcə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti təşkil edəcək. Gündüzlər ayın əvvəlində temperatur 0-5 dərəcə şaxta, bəzi günlərdə 5-10 dərəcə isti olacaq, ayın sonunda 12-16 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-35 mm) olacağı gözlənilir.

Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr ayın əvvəlində 4-8 dərəcə şaxta, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda 8-13 dərəcə şaxta gözlənilir. Gündüzlər ayın əvvəlində 0-4 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 44-105 mm) olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti