...

Azərbaycanda dəniz limanlarının reyestri yaradılacaq

Cəmiyyət Materials 1 Fevral 2014 09:48 (UTC +04:00)
Azərbaycanda dəniz limanlarının dövlət reyestri yaradılacaq.
Azərbaycanda dəniz limanlarının reyestri yaradılacaq

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanda dəniz limanlarının dövlət reyestri yaradılacaq. Trend-in məlumatına görə, bu, cümə günü Millli Məclisin İqtisadi siyasət komitəsinin Parlamentin plenar iclasında müzakirə edilməsi üçün tövsiyə etdiyi "Dəniz limanları haqqında" qanun layihəsində nəzərdə tutulub.

Reyestrdə limanlar, onların texniki xarakteristikası, yükdaşıma imkanları, həmçinin gəmi və sərnişinlərə xidmətin göstərilməsi haqqında məlumatlar saxlanılacaq.

Liman bağlandıqdan sonra reyestrdən çıxarılır.

Qanun dəniz limanlarında ticarət gəmiçiliyi çərçivəsində münasibətləri, onların tikintisini, açılmasını və bağlanılmasını, limanlarda işi, həmçinin qaydalarını tənzimləyəcək. Qanuna dəniz limanlarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin əsasları daxil ediləcək.

Qanun, eyni zamanda, limanlarda gəmi agentlərinin, dəniz terminalı operatorlarının, daşıyıcıların, limanın infrastruktur obyektlərinin sahiblərinin fəaliyyətlərini, limanların fəaliyyətinin maliyyələşdirilməsi məsələlərini, həmçinin liman ərazisində dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi şərtlərini və digər məsələləri əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti