...

Təhsil Nazirliyinin nəzdində Əsaslı Tikinti və Təchizat İdarəsi yaradılıb

Cəmiyyət Materials 3 Fevral 2014 17:04 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti (NK) Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin yaradılması haqqında qərar qəbul edib.
Təhsil Nazirliyinin nəzdində Əsaslı Tikinti və Təchizat İdarəsi yaradılıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti (NK) Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin yaradılması haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin bazasında Əsaslı Tikinti və Təchizat İdarəsi yaradılıb.

NK-nın 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilib. Həmin siyahıda "Təsərrüfathesablı təşkilatlar" bölməsinin 1-ci hissəsində "Əsaslı Tikinti İdarəsi" sözləri "Əsaslı Tikinti və Təchizat İdarəsi" sözləri ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti