...

Azərbaycanda İKT, turizm və KİV sahələri üçün vergi güzəştlərinin tətbiqi təklif olunur

Cəmiyyət Materials 7 Fevral 2014 09:52 (UTC +04:00)
"Caspian European Club" (CEIBC) Vergilər Nazirliyinə informasiya kommunikasiya texnologiyaları (İKT), turizm və KİV sahələrini təmsil edən sahibkarlara vergi güzəştləri təqdim etməyi və ya vergitutmadan tam azad etməyi təklif edir.
Azərbaycanda İKT, turizm və KİV sahələri üçün vergi güzəştlərinin tətbiqi təklif olunur

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir A.Axundov/

"Caspian European Club" (CEIBC) Vergilər Nazirliyinə informasiya kommunikasiya texnologiyaları (İKT), turizm və KİV sahələrini təmsil edən sahibkarlara vergi güzəştləri təqdim etməyi və ya vergitutmadan tam azad etməyi təklif edir. Trend-in məlumatına görə, bunu CEIBC-nin icraçı direktoru Telman Əliyev "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi forumunda çıxışı zamanı deyib.

Onun fikrincə, eston modeli tətbiq edilə bilər: "Bu modelə əsasən, şirkətin ödənişlərdən azad edilməsi şərti ilə dövriyyənin 10 faizə qədəri alınır".

Forumda iştirak etmiş vergilər nazirinin müşaviri Akif Musayevin sözlərinə görə, hazırda Azərbaycan hökuməti bir çox vergi güzəştləri təqdim edir: "2014-cü ilin dövlət büdcəsində 7,1 milyard manat həcmində nəzərdə tutulmuş vergi daxilolmalarının 30 faizini vergi güzəştləri təşkil edir. Hökumət gələcəkdə bu siyasəti davam etdirəcək".

Forumda çıxış etmiş Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Natəvan Məmmədova Vergilər Nazirliyinə rübdə 1 dəfə biznes nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirməyi, həmçinin bu görüşlərin yekunlarını birgə təhlil etməyi təklif edib.

Bundan başqa, forumda Auditorlar Palatasında Keyfiyyətə nəzarət komitəsinin sədri İslam Bayramov çıxış edib. O, auditin inkişafında ictimai inamın rolu, Azərbaycanda fəaliyyətdə olan audit standartları və Palatanın fəaliyyəti haqqında məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti