...

Kibernetika İnstitutunun direktoru: Hazırda Azərbaycanda anomal seysmik proseslər sönməyə doğru gedir

Cəmiyyət Materials 10 Fevral 2014 16:59 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə layihəsi çərçivəsində zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyaların fəaliyyəti nəticəsində Azərbaycanda təqribən son 30 saat ərzində anomal seysmik proseslərin aktivliyinin artması müşahidə edilmişdi.
Kibernetika İnstitutunun direktoru: Hazırda Azərbaycanda anomal seysmik proseslər sönməyə doğru gedir

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə layihəsi çərçivəsində zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyaların fəaliyyəti nəticəsində Azərbaycanda təqribən son 30 saat ərzində anomal seysmik proseslərin aktivliyinin artması müşahidə edilmişdi. Bunu Trend-ə Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, seysmik proseslərin artması nəticəsində Azərbaycanda zəlzələnin olacağı təxmin edilsə də, onun koordinatları dəqiq müəyyən edilməmişdi: "Biz hesab edirdik ki, Zaqatala-İsmayıllı zonasında zəlzələ ola bilər. Lakin konkret olaraq harada və neçə bal gücündə olacağı barədə hec nə deyə bilməzdik. Hazırda proseslər sönməyə doğru gedir".

Qeyd edək ki, bu gün saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.

Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti