...

Qurban Yetirmişli: Fevralın 10-da baş vermiş zəlzələdən sonra respublika ərazisində seysmoloji aktivlik yoxdur

Cəmiyyət Materials 12 Fevral 2014 13:26 (UTC +04:00)
Fevralın 10-da Hacıqabul ərazisində baş vermiş zəlzələdən sonra respublika ərazisində seysmoloji aktivlik yoxdur və ərazilər fon səviyyəsindədir.
Qurban Yetirmişli: Fevralın 10-da baş vermiş zəlzələdən sonra respublika ərazisində seysmoloji aktivlik yoxdur

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İsabalayeva/

Fevralın 10-da Hacıqabul ərazisində baş vermiş zəlzələdən sonra respublika ərazisində seysmoloji aktivlik yoxdur və ərazilər fon səviyyəsindədir. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkə ərazisində bu günlərdə yenidən zəlzələ olacağı məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bəzi ərazilərdə çox zəif -1,4 - 0,5 bal gücündə təkanlar qeydə alınır. Bu da normal proses sayılır.

Q.Yetirmişli bildirib ki, fevralın 10-da zəlzələnin baş verdiyi ocaqda hələ yeni təkan-afterşoklar qeydə alınmayıb.

Mərkəz rəhbəri qeyd edib ki, fevralın 10-da Saatlıdan 41 km şimal-şərqdə - Hacıqabul ərazisində baş vermiş zəlzələnin ocağında ən azı son 40 il ərzində elə güclü zəlzələ baş verməyib: "Həmin ocaqda ümumiyyətlə, elə güclü, o dərinlikdə zəlzələ olmayıb. Ötən ilin sonundan-bu ilin əvvəlindən də həmin ərazi fon səviyyəsində olub".

Qeyd edək ki, fevralın 10-da yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.

Zəlzələ 3-5 bal gücündə Azərbaycanın bütün ərazilərində hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti