...

Bakı Yay Enerji Məktəbi 2014-cü il üçün sənəd qəbulu elan edib

Cəmiyyət Materials 14 Fevral 2014 15:11 (UTC +04:00)
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə cari ilin 5-18 iyul tarixlərində sayca 8-ci Bakı Yay Enerji Məktəbi təşkil edəcək.
Bakı Yay Enerji Məktəbi 2014-cü il üçün sənəd qəbulu elan edib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə cari ilin 5-18 iyul tarixlərində sayca 8-ci Bakı Yay Enerji Məktəbi təşkil edəcək.

Artıq Bakı Yay Enerji Məktəbi 2014-cü il üzrə sənəd qəbulu elan edib. Bu barədə Trend-ə ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzindən bildirilib.

Sənəd qəbulunun son tarixi aprelin 23-dür.

Yay Məktəbində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri, həmçinin BP, Statoil, ExxonMobil, Total, Lukoil kimi enerji şirkətlərinin nümayəndələri də iştirak edəcəklər.

Bakı Yay Enerji Məktəbi enerji, enerji hüququ, enerji iqtisadiyyatı və siyasəti, ətraf mühitə təsirlər və strateji idarəetmə kimi məsələləri əhatə edir. Proqram zamanı Xəzər hövzəsinə, xüsusilə də regional boru kəməri şəbəkəsinin inkişafı, Xəzərin hüquqi statusu və bu kimi digər mühüm məsələlərə xüsusi diqqət ayrılır. Proqram kursu ərzində ekoloji məsələlər, eləcə də gəlir və resursların idarə edilməsi məsələləri də xüsusi olaraq vurğulanır.

Hər il Bakı Yay Enerji Məktəbi Azərbaycan, eləcə də Xəzər regionunun digər ölkələrinin ictimaiyyət və özəl sektor liderlərinin görüşməsi və müzakirələri üçün geniş imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti