...

"ASAN xidmət" idarəetmə standartı üzrə beynəlxalq sertifikata layiq görülüb

Cəmiyyət Materials 25 Fevral 2014 17:23 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikata layiq görülüb. Bu barədə Trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
"ASAN xidmət" idarəetmə standartı üzrə beynəlxalq sertifikata layiq görülüb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikata layiq görülüb. Bu barədə Trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Keyfiyyətli İdarəetmə Sisteminin Dövlət Agentliyinin işində tətbiqi "ASAN xidmət" mərkəzlərində baş verən hər bir prosesin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsinin göstəricisidir. Hər bir prosesin başlanğıcı və sonu arasındakı fəaliyyət tam aydındır və tətbiq olunan şəffaf mexanizmə uyğundur.

Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri ölkəmizdə öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində "vahid məkan" prinsipinə əsaslanan nadir dövlət qurumlarındandır.

Qeyd edək ki, İSO - Beynəlxalq Standartlaşdırma Təşkilatı olaraq beynəlxalq standartları inkişaf etdirir. 1947-ci ildə yaradılmış və İsveçrədə yerləşən bu beynəlxalq təşkilat idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair 19 500-dən çox beynəlxalq standart müəyyənləşdirib.

İSO 9001:2008 standartı vətəndaş yönümlü, idarəetməyə sistemli yanaşma, təşkilat daxilində hər kəsin iştirakı, daimi təkmilləşdirmə, faktlara əsaslanan qərarların qəbul edilməsi kimi prinsiplərə əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti