...

Nazir: Xəzərin Azərbaycan sektorunda kefal balıqlarında virus olub-olmaması məsələsi araşdırılır

Cəmiyyət Materials 18 Mart 2014 14:24 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorunda kefal balıqlarında virus olub-olmaması ilə bağlı məsələ araşdırılır.
Nazir: Xəzərin Azərbaycan sektorunda kefal balıqlarında virus olub-olmaması məsələsi araşdırılır

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İsabalayeva/

Xəzərin Azərbaycan sektorunda kefal balıqlarında virus olub-olmaması ilə bağlı məsələ araşdırılır.

Trend-in məlumatına görə, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə bildirib ki, nazirliyin Elmi-Tədqiqat Mərkəzi hazırda bu işlə məşğul olur. Ancaq hələlik tədqiqatın nəticələri məlum deyil: "Belə təsəvvür yaranıb ki, Xəzərin Azərbaycan sektorunda bu hal hələlik kütləvi xarakter daşımır. Eyni zamanda, ehtimal olunur ki, bütövlükdə balansın pozulmasının konkret təzahürü olan kefal balığı yırtıcı balıq olsa da, bunu ovlayan digər balıqlar da var. Bu balans pozulanda onların sayı çoxala bilir".

Nazirin sözlərinə görə, təbiətdə də müəyyən xəstəliklər ola bilər. Onlara qarşı kəskin mübarizə tədbirləri aparılmalıdır.

H.Bağırov qeyd edib ki, hazırda Xəzər dənizinin mövcud problemi dənizin resurslarının tükənməsidir: "Prezident İlham Əliyev Xəzərin statusu ilə bağlı sammitdə ən qiymətli balıq növü olan nərəkimilərin sənaye ovuna moratoriumun qoyulması təkfilini dəstəklədi. Ancaq əfsuslar olsun ki, Xəzər hövzəsi ölkələri ilə bununla bağlı aparılan danışıqlar çox vaxt aparır və hələ də konkret nəticə əldə olunmayıb. Azərbaycan isə birtərəfli qaydada buna riayət edir".

Qeyd edək ki, İran tərəfi Xəzərdə kefal balıqlarının virusa yoluxduğunu bildirib. Ölkə rəsmiləri əhaliyə kefal balıqlarından istifadə etməməyi tövsiyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti