Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Mehdiyev/
Martın 30-da Azərbaycanda yay vaxtına keçiləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məəlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 30 mart 2014-cü il tarixində saat 04:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.
Hər il oktyabr ayının son bazar günü isə saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.