...

PAŞA Bankın dəstəyi ilə azərbaycanlı jurnalistlər Lordlar Palatasında, London Fond Birjasında görüşlər keçiriblər

Cəmiyyət Materials 2 Aprel 2014 11:45 (UTC +04:00)
Yerli media nümayəndələrinin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsinə yönəldilmiş işgüzar jurnalistikanın inkişaf etdirilməsi üzrə növbəti layihə uğurla başa çatdı.
PAŞA Bankın dəstəyi ilə azərbaycanlı jurnalistlər Lordlar Palatasında, London Fond Birjasında görüşlər keçiriblər

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Yerli media nümayəndələrinin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsinə yönəldilmiş işgüzar jurnalistikanın inkişaf etdirilməsi üzrə növbəti layihə uğurla başa çatdı. Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın "British Council" və "Thomson Foundation" ilə əməkdaşlıq əsasında həyata keçirdiyi layihə jurnalistlərin Böyük Britaniyaya bir həftəlik ezamiyyəti ilə yekunlaşdı.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu müddət ərzində Azərbaycan kütləvi informasiya vasitələrinin nümayəndələri "The Financial Times", "The Telegraph", "BBC" kimi dünyada məşhur qəzet və informasiya agentliklərinin redaksiyalarında oldular və öz xarici həmkarlarının təcrübəsi ilə yanaşı, bu ölkənin media strukturlarının iş prinsipləri ilə tanış oldular, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ilə görüş keçirdilər, Lordlar Palatasına, London Fond Birjasına və bir çox digər yerlərə işgüzar səfərlər etdilər.

Layihənin başlıca məqsədi, avropalı həmkarların çoxillik təcrübəsi ilə tanış olub, əldə etdikləri bacarıqlardan ölkədə baş verən iqtisadi dəyişikliklər və müxtəlif biznes prosesləri barədə daha peşəkar səviyyədə məlumatların təhlili və yayımlanması, eləcə də, iqtisadi və biznes mövzularını işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasıdır. Bu cür layihələrin həyata keçirilməsi PAŞA Bankın Sosial məsuliyyət proqramının mühüm tərkib hissəsini təşkil edir.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də; kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 268 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti