Zakir Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidentini qəbul edib (FOTO)

Zakir Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidentini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Baş prokuroru Zakir Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Gerhard Yaroşu qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 8-də Azərbaycanın Baş prokuroru Z.Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) prezidenti, Avstriya Prokurorlar Assosiasiyasının rəhbəri G.Yaroşun başçılıq etdiyi nümayəndə heyəti Baş Prokurorluqda olub.

Qonaqlara son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar, qanunverici və praktiki tədbirlər, əldə olunan nailiyyətlər, o cümlədən uğurla reallaşdırılan məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması barədə ətraflı məlumat verilib. Baş prokuror korrupsiya ilə mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə söhbət açaraq idarənin müsbət iş təcrübəsinin daha geniş mütəxəssis kütləsinə çatdırılması üçün Baş İdarənin rəisi Kamran Əliyevin BPA-nın konfranslarının birində çıxışının təşkil edilməsini, həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi uğurlu model olaraq Avropada təşviqi və BPA-da təqdimatlarının keçirilməsini təklif edib.

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən G.Yaroş təmsil etdiyi qurumun fəaliyyətinə ölkəmizin verdiyi mühüm töhfələri və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirib.Korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi vurğulanıb. G.Yaroş BPA-nın tədbirlərində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müsbət iş təcrübəsinin təbliği ilə bağlı təqdimatların keçirilməsi barədə irəli sürülmüş təklifləri müsbət qarşılamaqla yanaşı, korrupsiya ilə mübarizə sahəsində əldə edilmiş təcrübənin bölüşdürülməsi üçün birgə veb saytın yaradılması təklifi ilə çıxış edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan-Beynəlxalq Prokurorlar Assosiasiyası münasibətlərini özündə əks etdirən ekspozisiyalar onlarda xüsusi təəssürat oyadıb.

Qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni inzibati binasına gələrək müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilmiş, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş "Qaynar xətt" əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.

Daha sonra G.Yaroş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyev, habelə BPA-nın gənc üzvləri ilə görüşüb. Görüşdə Avstriya Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, gənc prokurorlar onları maraqlandıran aktual məsələlərə, o cümlədən çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə dair suallar verməklə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Beynəlxalq Prokurorlar Assosiasiyası nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək
Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib (FOTO)
“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib (FOTO)
Kaspersky: 2020-ci ildə Azərbaycanda zərərli proqramlar cihazlara ən çox portativ daşıyıcılar vasitəsilə nüfuz edir
Kaspersky: 2020-ci ildə Azərbaycanda zərərli proqramlar cihazlara ən çox portativ daşıyıcılar vasitəsilə nüfuz edir
Loading Bars
Xəbər lenti
Pekin aeroportlarında 600-dək reys təxirə salınıb
Ermənistanda 201 yeni yoluxma qeydə alınıb
Narkotik becərən şəxs “iş başında” saxlanıldı (FOTO)
Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib
Mədəniyyət Nazirliyinin şöbə müdiri işindən ayrılıb (FOTO)
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alınıb
Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir (FOTO)
Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
Cəlilabadda karantini pozan kafe aşkarlandı
İmişlidə bıçaqlanma olub: 1 ölü, 1 yaralı
Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru
Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub
BNA: Hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır
Braziliyada bir gündə koronavirusdan 1 274 nəfər ölüb
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozdu
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir
Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri
"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Mingəçevirdə birmərtəbəli evdə yanğın olub, xəsarət alan var
Qazaxıstanda daha 691 nəfər koronavirusa yoluxub
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
"Comex" birjasında qızılın qiyməti düşüb
İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb
Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb
Moskvada bir sıra aviareys ləğv edilib
"Şaxtyor" və "Sevilya" Avropa Liqasının yarımfinalına yüksəliblər
Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 611 nəfərə çatıb
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Bayden ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçib
ÜST dünyada koronavirusla bağlı son statistikanı açıqlayıb
“Hədəf” də gündəmin ən aktual mövzuları təhlil olunub (FOTO)
Paytaxtda 1 nəfər liftin şaxtasına yıxılaraq xəsarət alıb
Beyrutda baş vermiş partlayışda ölənlərin sayı artıb
PAŞA Bank əməkhaqqı kart sahibləri üçün “Rahat-Yol” kartlarına 20% endirim!
Beynəlxalq Gənclər Gününə həsr olunmuş konfransda Azərbaycan həqiqətləri Avropa Gənclərinin diqqətinə çatdırıldı (FOTO)
Sosioloq: Bayramlaşmaya aid bəzi davranış və rituallar gələcəkdə dəyişikliyə məruz qala bilər
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Türkiyədə koronavirusdan sağalanların sayı 226 min nəfəri ötüb
Dövlət Komitəsi sosial şəbəkədə tənqid olunan uşaq ədəbiyyatı ilə bağlı açıqlama yaydı
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi BMCMİ-də monitorinq keçirib
Dövlət katibi: Rumıniya Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqları bərpa etmək istəyir
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb (FOTO)
PAŞA Bank ailəsinə qoşulun!
Şəkidə sərt karantin rejimi ləğv edilsə də, mübarizə davam edir (FOTO)
Hazırda Bakının “Dakar” meydanında nəqliyyatın hərəkəti dayanıb - SƏBƏB (FOTO)
Binəqədidə karantin qaydalarını pozanlar cərimələnib (FOTO)
Hərbi hissədə ideoloji işə həsr edilən növbəti tədbir keçirilib (FOTO/VİDEO)
Aeroport şossesində qəza olub, yolda sıxlıq yaranıb
Abşeronda sanitar-karantin qaydalarını pozan 28 nəfər cərimələnib (FOTO)
Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib
Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq
İnsanlığa dəyər verən millətlərin seçimi terrorçuluq ola bilməz!
Nazirlər Kabineti ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı qərarına dəyişiklik edib
AQTA maarifləndirir: Dadlı və faydalı quru meyvələri necə seçək?
Avropa Komissiyası koronavirusla mübarizə layihələrinə 128 milyon avro ayıracaq
AQTA daha 187 müəssisədə reyd keçirib
Vyana Texnologiyalar Universiteti Bakıda ilk Magistr proqramına müsabiqə elan edib
Müdafiə Nazirliyi: Xaricdə məskunlaşan bəzi üzdəniraq şəxslər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyası aparırlar
Vilayət Eyvazov Serbiyalı həmkarı ilə görüşüb
Dövlət Komitəsi köçkün ailəsini nəzarətə götürdü (FOTO)
Neftçalada reyd: 3 nəfər cərimələnib (FOTO)
PAŞA Bank MasterCard əməkhaqqı kart sahibləri üçün MEGOGO-dan 1 aylıq pulsuz abunəlik!
“Azəriqaz”: Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib (FOTO)
Avqustun 12-də dolların manata qarşı məzənnəsi
Telekommunikasiya ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində cərimələr müəyyənləşib
“Telekommunikasiya haqqında” Qanuna dəyişiklik edildi
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimələnib (FOTO)
Türkiyənin "Anadolu" agentliyi deputat Sevil Mikayılovanın Azərbaycan-Türkiyə münasibətləri barədə müsahibəsini dərc edib
Nəsimidə 12 kiloqramdan çox narkotik vasitə aşkarlanıb (FOTO)
Azərbaycanda 84 nəfər koronavirusa yoluxdu, 214 nəfər sağaldı
PAŞA Bank sahibkarlara dövlət dəstəyi proqramı çərçivəsində sürətli krediti tam onlayn şəkildə verən ilk bank oldu
FHN Tovuzda düşmən təxribatları nəticəsində dəyən ziyanın aradan qaldırılması işlərinə başlayıb (FOTO)
Pandemiya zamanı biznesinizi xilas edin!
Şagirdlərin elektron yerdəyişməsi başlayır
Nigeriyada qəbilələr arasında münaqişə: 13 nəfər həlak olub
Deputat: Yoluxma sayındakı müsbət dinamikanın davam etməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
Vüqar Rəhimzadə: Növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda gətirəcək
Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib
BBAK: Bu il yarım milyondan çox sərnişin daşınıb
Quba və Neftçalada fərdi ev yanıb
Bakı Dövlət Peşə Mərkəzi “KKM Group” ilə əməkdaşlıq edəcək
Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq
Lənkəranda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi (FOTO)
Avqustun 14-dən banklarda bloklanmış əmanətlərin qaytarılmasına başlanılacaq
Bakıda çimərliyi çirkləndirənlər cərimələndi (FOTO)
Bakıda azyaşlı oğlunun bıçaqla boğazını kəsən şəxs barəsində cinayət işi açılıb
Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru arasında telefon danışığı olub
Gürcüstanda koronavirusa yoluxma halları artır
Bakıda 30-a yaxın evdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Masallıda yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb
Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək - Sərəncam
Qubada toy yarımçıq dayandırıldı, bəy və restoran sahibi saxlanıldı (FOTO)
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarına ünvanlanan mühazirə təşkil edilib
Avqustun 13-14-də 35 şəhər və rayonda imtahan keçiriləcək
Bütün xəbərlər