...

Aytən Mustafayeva: Azərbaycanlı emiqantların xaricdə hüquqlarının qorunması ilə bağlı boşluqlar var

Cəmiyyət Materials 10 Aprel 2014 12:09 (UTC +04:00)
Azərbaycanda miqrantların problemləri, eləcə də azərbaycanlı emiqantların xaricdə hüquqlarının qorunması məsələləri çox vacibdir. Bunun üzərində düşünmək lazımdır.
Aytən Mustafayeva: Azərbaycanlı emiqantların xaricdə hüquqlarının qorunması ilə bağlı boşluqlar var

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda miqrantların problemləri, eləcə də azərbaycanlı emiqantların xaricdə hüquqlarının qorunması məsələləri çox vacibdir. Bunun üzərində düşünmək lazımdır. Bu istiqamətdə hələ də bəzi boşluqlar var. Bunları həll etmək üçün beynəlxalq təşkilatlarla işləmək lazımdır. Trend-in məlumatına görə, bunu AMEA-nın Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva Bakıda "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda dövlət rəhbərliyi tərəfindən bu problemə çox böyük diqqət yetirilir. Lakin hələ həll edilməmiş bəzi məsələlər var ki, onlar müzakirə edilərək çıxış yolu tapılmalıdır: "Azərbaycan son zamanlar işçi yerləri təqdim edən ölkə kimi xaricilər üçün maraqlı ölkəyə çevrilib. Bundan əlavə, xaricdəki azərbaycanlı emiqranların hüquqları, xaricdə yaşayan azərbaycanlıların problemləri müzakirə edilməlidir. Müharibələr, hansısa problemlər, təbii fəlakətlər olur. İnsanların hüquqlarının qorunması hər bir ölkə üçün vacibdir".

Azərbaycanlı emiqrantların xaricdə hüquqlarının qorunması probleminə geniş yer verən millət vəkilinin fikrincə, onların ölkə nümayəndəlikləri ilə əlaqələri, ölkəyə qayıtdıqdan sonra yaşayışlarındakı sosial təminat məsələlərinə xüsusi diqqət yetirilməlidir.

A.Mustafayeva qeyd edib ki, Azərbaycan tranzit ölkə kimi tranzit miqrantların problemləri ilə üzləşir: "Qeyri-leqal miqrasiya bütün ölkələrdə var. Miqrantların Azərbaycana gəlişi ilə bağlı üzləşdiyi problemlər qalmaqdadır. Bu, onların qeydiyyatla bağlı üzləşdiyi poblemlər, kvotalar və digərləridir".

Onun fikrincə, miqrasiya siyasəti sahəsində konstruktiv fəaliyyətin istiqamətləndirilməsi məqsəduyğundur.

Qeyd edək ki, konfrans AMEA-nın Konfliktologiya və İnsan Hüquqları İnstitutu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti