...

Naxçıvanda əsgər özünü güllələyib

Cəmiyyət Materials 16 Aprel 2014 10:16 (UTC +04:00)
Naxçıvanda ordumuzun əsgəri özünü güllələyib.
Naxçıvanda əsgər özünü güllələyib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İzzət/

Naxçıvanda Ordumuzun əsgəri özünü güllələyib.

Trend-in məlumatına görə, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə əsgər Cəlilov Kamran Rüstəm oğlu avtomat silahla özünü güllələyib. Ağır yaralanan əsgər təcili hərbi hospitala yerləşdirilib. Əsgərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Bildirilib ki, hadisə əsgər Kamran Cəlilovun silahla davranışı zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib.

Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, əsgər K.Cəlilov Lənkərandan həqiqi hərbi xidmətə çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti