...

Bakıda qanunsuz parklanma ən çox harada qeydə alınıb?

Cəmiyyət Materials 21 Aprel 2014 17:03 (UTC +04:00)
Bakıda qanunsuz parklanma faktlarının ən çox qeydə alındığı küçə və prospektlərin adları və statistikası açıqlanıb.
Bakıda qanunsuz parklanma ən çox harada qeydə alınıb?

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda qanunsuz parklanma faktlarının ən çox qeydə alındığı küçə və prospektlərin adları və statistikası açıqlanıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı Trend-ə bildirib ki, 2014-cü ilin ilk 3 ayı ərzində NİİM tərəfindən qeydə alınan qanunsuz parklanma faktlarına daha çox paytaxtın Azadlıq və Bülbül prospektləri, eləcə də 28 May, Üzeyir Hacıbəyov və Rəşid Behbudov küçələrində rast gəlinib.

Onun sözlərinə görə, ümumilikdə bu ilin I rübü ərzində adıçəkilən yollarda 3674 qanunsuz parklanma faktı qeydə alınıb.

Qeyd edək ki, 3 gün öncə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) paytaxtda avtomobillərin küçələrdə parklanması üçün 288 müvəqqəti duracaq yerinin yaradılması barədə təklif göndərib. Hazırda bununla bağlı NİİM və BŞİH arasında müzakirələr aparılır.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından sonra aprelin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 17-də paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi barədə sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti