Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə polisi ölkənin bütün vilayətlərində gücləndirilmiş iş rejiminə keçib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.
Məlumata əsasən, buna səbəb beynəlxalq terror təşkilatı "Əl-Qaidə"nin qanadı olan "Əl-Şəbab" təşkilatının ölkə ərazisində terror aktları keçirəcəyi barədə xəbərdarlıq olub.
Məlumatda o da qeyd edilir ki, ölkədə terror aktı həyata keçirməyi planlaşdıran Somali əsilli vətəndaşın adı da açıqlanıb.