...

Bakının Xətai prospektindən Heydər Əliyev prospektinə keçən yol ötürücüsü bağlanacaq

Cəmiyyət Materials 29 Aprel 2014 10:18 (UTC +04:00)
Paytaxtın bir neçə yollarında hərəkət məhdudlaşdırılacaq.
Bakının Xətai prospektindən Heydər Əliyev prospektinə keçən yol ötürücüsü bağlanacaq

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

Paytaxtın bir neçə yolunda hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün gündüz saat 12:00-dan etibarən Süleyman Sani Axundov küçəsində yolun üfüqi nişanlanması işlərinin aparılmasına başlanacaq. Bununla əlaqədar yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

P.Mürsəliyev qeyd edib ki, bu axşam saat 22:00-dan etibarən isə analoji işlərin şəhərin Xətai prospektində aparılmasına başlanacaq: "Burada hərəkət tam məhdudlaşdırılacaq. Bundan əlavə, görülən işlərlə bağlı Xətai prospektindən Heydər Əliyev prospektinə keçən yol ötürücüsü də bağlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti