...

Azərbaycanda gəncləri dəstəkləyəcək yeni təşkilat yarandı

Cəmiyyət Materials 19 May 2014 10:27
Azərbaycanda gənclərin inkişafını dəstəkləyəcək yeni təşkilat yaradılıb. Trend-in məlumatına görə, bununla bağlı bazar ertəsi keçirilən tədbirdə bəyan edilib ki, yeni təşkilat "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi adlanır.
Azərbaycanda gəncləri dəstəkləyəcək yeni təşkilat yarandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gənclərin inkişafını dəstəkləyəcək yeni təşkilat yaradılıb. Trend-in məlumatına görə, bununla bağlı bazar ertəsi keçirilən tədbirdə bəyan edilib ki, yeni təşkilat "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi adlanır.

İctimai Birliyin sədri Emil Hüseynli bildirib ki, bu gün müasir, qloballaşan dünyada gənclərimizin dünyanın siyasi, iqtisadi səhnəsində öncül yer tutmaları olduqca vacibdir: "Dövlət tərəfindən çox uğurlu gənclər siyasəti həyata keçirilir. Sözsüz ki, gənclərin mənəvi-əxlaqi tərbiyəsi, sağlam gəncliyin mövcudluğu, savadlı gənclərimizin dünyaya inteqrasiyası, vətənpərvər gənclər ordusunun yaradılması aktual məsələ olaraq qalır. Bu gün hər bir Azərbaycan vətəndaşının borcudur ki, bu istiqamətdə gənclərimizə dəstək olsun".

E.Hüseynlinin sözlərinə görə, yaranan yeni birliyin əsas məqsədi gənclərin inkişafına və maarifləndirilməsinə kömək etməkdir: Eyni zamanda, gənclərin inkişafı ilə bağlı istər dövlət, istərsə də beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək, gənclər arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etməkdir. Həmçinin gənclərin müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə yardım etməkdir".

Tədbirdə qeyd olunub ki, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti