...

Azərbaycanda bank müdiri barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 19 May 2014 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

"Royalbank"ın filial müdiri dələduzluq və vəzifə saxtakarlığında ittiham olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Royalbank" Açıq Səhmdar Cəmiyyətinin filial rəhbərinin qanun pozuntularına yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalarla Cəmiyyətin 5 saylı filialının müdiri Natiq Bayramovun qulluq mövqeyindən istifadə etməklə bankda depozit hesabına yerləşdirmək adı altında Bakı şəhər sakinindən aldığı 120 min manat məbləğində pul vəsaitini rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar əlavə edərək aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti