Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Z.Qurbanova/
"Kapital Bank" ASC Bankın Kürdəmir rayon filialının keçmiş müdiri Əlimövsüm Ağayev barəsində cinayət işinin açılması haqqında Baş Prokurorluğun yaydığı xəbərə aydınlıq gətirib.
Bankın mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, bankın məsələ ilə bağlı açıqlamasında bildirilib ki, 2008-ci ilə aid bu pozuntu bir neçə ay əvvəl Kürdəmir rayon filialında aparılmış bankdaxili yoxlama zamanı üzə çıxarılıb. Bank tərəfindən faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma nəticəsində cinayət işi açılıb.
Məlumata görə, adıçəkilən Əlimövsüm Ağayev 6 aprel 2012-ci ildən Kapital Bankda çalışmır.