...

Bakıda Donald Steel ilə Krizis Kommunikasiyası barədə Seminar

Cəmiyyət Materials 22 May 2014 14:51 (UTC +04:00)
Krizis və nüfuzun idarə edilməsi üzrə dünyanın aparıcı mütəxəssislərindən sayılan Donald Steel Bazar Ertəsi, 9 İyun, 2014-cü il tarixində Bakıda krizis kommunikasiyası mövzusunda interaktiv seminar keçirəcəkdir.
Bakıda Donald Steel ilə Krizis Kommunikasiyası barədə Seminar

Azərbaycan, Bakı, 22 may /Trend/

Krizis və nüfuzun idarə edilməsi üzrə dünyanın aparıcı mütəxəssislərindən sayılan Donald Steel Bazar Ertəsi, 9 İyun, 2014-cü il tarixində Bakıda krizis kommunikasiyası mövzusunda interaktiv seminar keçirəcəkdir.

Donald Steel nüfuz, krizis və problemli məsələlərin idarə edilməsi üzrə nüfuzlu mütəxəssis kimi Böyük Britaniya, Avropa və Asiya-Sakit Okean regionlarında yerləşən bir çox şirkətlərlə əməkdaşlıq edir. O bu ilin əvvələrinədək BBC Baş Kommunikasiya Müşaviri və daha əvvəl 11 il BBC Baş Mətbuat Katibi vəzifəsində çalışmışdır. Bu vəzifədə o, teleaparıcı Jill Dando cinayəti, BBC London Mərkəzinə bombalı terrorist hücumu, Ərəb dünyasının BBC-yə qarşı hiddətini artıran BBC jurnalisti Alan Johnstonun oğurlanması və Sky TV-nin qərəzsiz mövqeyi ilə Qəzza xalqı üçün xeyriyyə müraciətinin yayımlanmaması qərarı kimi onilliyin bir çox böyük media hadisələrinin idarə edilməsində məsuliyyət daşımışdır. O, nüfuz və krizisin idarə edilməsi sahələri üzrə mütəxəssis olmaqla yanaşı, bu mövzular üzrə London İqtisadiyyat Məktəbinin (LSE) əvəzedilməz spikeridir. Donald Steel, BBC Akademiyası, Avropanın ən böyük yayım təlim mərkəzi tərəfindən 2010-cu ildə "İlin Elmi Əməkdaşı" tituluna layiq görülmüş, 2009-cu ildə isə İncəsənət üzrə Kral Cəmiyyətinin Üzvü seçilmişdir. Əlavə məlumat kimi onu da bildirək ki, daha sonralar London Heathrow Hava Limanında yerləşən Böyük Britaniyanın aviasiya üzrə aparıcı İctimai Əlaqələr şirkəti "Johnston Associates"-in Direktor Müavini vəzifəsinə təyin olunmuşdur. Donald Steel hal-hazırda da BBC-də Kommunikasiya Məsləhətçisi kimi işini davam etdirir.

Donald tərəfindən keçiriləcək interaktiv seminar krizis planının yazılması, krizis hesabatı, krizis dövründə medianın idarə edilməsi kimi krizis kommunikasiyasının ən mühüm sahələrini əhatə edəcəkdir. İştirakçılar seminar zamanı qruplara bölünəcək və hər qrup özünün mətbuat katibini seçəcəkdir. Mətbuat Katibindən məxsusi krizis vəziyyəti barəsində müsahibə götürüləcəkdir. Hər müsahibə lentə alınacaq və bütün auditoriyaya yayımlanacaqdır. Krizis gücləndikcə digər mətbuat katiblərindən də müsahibə götürüləcəkdir. Simulyasiya zamanı Mətbuat Katiblərinin müxbirlərin suallarını cavablandırdığı Mətbuat Konfransı da təşkil olunacaqdır. Mətbuat Konfransı nümayəndə və təlimçilərdən rəy almaq məqsədilə lentə alınacaq və nümayiş olunacaqdır.

Tədbir interaktiv xarakter daşıdığı üçün yerlər məhduddur. Seminarla maraqlananlar göstərilmiş link vasitəsilə qeydiyyatdan keçməyə tələssinlər:

http://www.thepworld.com/pevents/event/75/donald-steel--crisis-communications-workshop

Eyni zamanda seminar haqqında suallarınızı [email protected] email adresinə ünvanlaya bilərsiniz.

Tədbir P World tərəfindən təşkil olunur.

Layihənin media tərəfdaşları: trend.az, day.az, Magazine Boutique Baku, mak.az, Georgia Today

Məqalədə:
Xəbər lenti

Xəbər lenti