...

K-pop 2014 Dünya Festivalının Azərbaycan üzrə regional müsabiqəsi keçirilib

Cəmiyyət Materials 22 May 2014 15:23 (UTC +04:00)
Səfirlikdən Trend-ə verilən məlumata görə, Bakı Dövlət Universitetinin akt zalında tamaşaçıların qarşısında 14 iştirakçı müsabiqədə yarışıblar.
K-pop 2014 Dünya Festivalının Azərbaycan üzrə regional müsabiqəsi keçirilib

Azərbaycan, Bakı, 22 may /Trend/

20 may tarixində Koreya Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan K-pop 2014 Dünya Festivalının Azərbaycan üzrə regional müsabiqəsi Bakı Dövlət Universitetində keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Bakı Dövlət Universitetinin akt zalında tamaşaçıların qarşısında 14 iştirakçı müsabiqədə yarışıblar.

Müsabiqənin qalibi Samsung Galaxy Tab planşeti qazanıb və internet sorğusundan, professional seçimdən sonra oktyabr ayında keçiriləcək K-pop 2014 Dünya Festivalında iştirak etmək üçün Koreyaya səyahət imkanı əldə edəcək.

K-pop müsabiqəsi musiqi vasitəsilə Azərbaycan və Koreya xalqlarının anlaşmasına böyük fürsət yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti