...

YAP gəncləri 1 saylı Körpələr evində olublar (FOTO)

Cəmiyyət Materials 31 May 2014 15:20 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi sosial layihələrindən bu gün daha birini həyata keçirib.
YAP gəncləri 1 saylı Körpələr evində olublar (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi sosial layihələrindən bu gün daha birini həyata keçirib.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə YAP gəncləri Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr evində olublar.

1 İyun günündə qayğıya daha çox ehtiyacı olan kimsəsiz uşaqlarla görüşmək, onlarla bir olmaq ənənəsi məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu ənənə davam etdirilir, ölkəmizdə kimsəsiz uşaqlar üçün bütün şərait yaradılıb. Uşaq evlərinin ləğv olunması istiqamətində ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva böyük layihələr həyata keçirir.

YAP gənclərinin də bu ənənələrin davam etdirilməsi, gənclərimizin bu məkanlara diqqətinin artırılması üçün təşkil etdiyi ziyarət davamlı olacaq.

YAP gəncləri körpələr üçün aldıqları dərman və digər ləvazimatları Körpələr evinin rəhbərliyinə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti