...

Mərdəkandakı Tibbi Reabilitasiya Uşaq Xəstəxanasında müalicə olunan uşaqlar üçün aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 31 May 2014 21:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Respublika Diaqnostika Mərkəzinin əməkdaşları 1 iyun-Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ərəfəsində xeyriyyə aksiyası çərçivəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Tibbi Reabilitasiya Uşaq Xəstəxanasına səfər ediblər.

Trend-in məlumatına görə, 2011-ci ildə əsaslı təmirdən sonra fəaliyyət göstərən xəstəxanada uşaqlara RDM-in oftalmoloji bölməsinin mütəxəssisləri, eləcə də otolarinqoloqlar tərəfindən hərtərəfli baxış keçirilib. Bununla yanaşı, reabilitasiya müəssisəsinin stasionar xəstələrinin istifadəsinə uşaq və gənclər üçün də ədəbiyyat da da daxil olmaqla, böyük kitabxana verilib.

Bu, RDM-in əməkdaşları tərəfindən keçirilmiş ilk aksiya deyil.
Xatırladaq ki, ilk dəfə 1950-ci il 1 iyun tarixində keçirilən Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü hər il MDB ölkələrində, o cümlədən Azərbaycanda hər il qeyd edilir.

Xəbər lenti

Xəbər lenti