...

Silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsi cəhdinin qarşısı alınıb

Cəmiyyət Materials 9 İyun 2014 09:15 (UTC +04:00)
Trend Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2014-cü ilin 4 iyun tarixində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsi cəhdinin qarşısı alınıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İzzət/

Silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsi cəhdinin qarşısı alınıb.

Trend Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2014-cü ilin 4 iyun tarixində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Həmin tarixdə Beyləqan rayonu 1-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazisində mövqe tutmuş silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycan Respublikasına keçərkən sərhəd naryadına silahlı müqavimət göstərməyə cəhd etmiş İİR vətəndaşı, Parsabad şəhər sakini, 1983-cü il təvəllüdlü Hüseyni Hüseyn Mircəlil oğlu saxlanılıb.

Sərhəd pozucusunun üzərindən "Maqnum-200" markalı tapança və 1 kiloqram 580 qram həşiş qətranı aşkar olunub.

Faktla bağlı DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və ya satma) və 318.2 (dövlət sərhədinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.

İİR vətəndaşı H.M.Hüseyni təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti