...

Fikrət Məmmədov YUNİSEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Cəmiyyət Materials 13 İyun 2014 17:41 (UTC +04:00)
Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda fəaliyyət müddəti başa çatan YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüşüb.
Fikrət Məmmədov YUNİSEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda fəaliyyət müddəti başa çatan YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və YUNİSEF arasında səmərəli əməkdaşlığı vurğulayan nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan demokratik islahatlar, uşaq hüquqlarının qorunması üzrə görülən işlər barədə məlumat verib, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, penitensiar sistemin təkmilləşdirilməsinə, o cümlədən infrastrukturun müasirləşdirilməsinə yönəlmiş tədbirlərə toxunaraq yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının genişləndirilməsi və saxlanma şəraitinin yaxşılaşdırılması, onların islah olunmasını vurğulayıb.

Nazir YUNİSEF-in Bakı ofisi ilə səmərəli qarşılıqlı əlaqələri qeyd edərək, M.Herevarda gələcək fəaliyyətində uğurlar arzulayıb.

YUNİSEF-in ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirən M.Herevard respublikamızda uğurla aparılan hərtərəfli islahatların, o cümlədən məhkəmə və yuvenal ədliyyə sahəsində müsbət irəliləyişlərin şahidi olduğunu vurğulayıb, Azərbaycandakı fəaliyyətindən, o cümlədən Ədliyyə Nazirliyi ilə faydalı işgüzar münasibətlərin, xüsusilə birgə tədris tədbirlərinin həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Qonaq YUNİSEF-in ölkəmizlə əlaqələrinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib, Azərbaycandan ən xoş təəssüratla ayrıldığını söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti