...

DGK sədri Salyanda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 17 İyun 2014 12:51 (UTC +04:00)
DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
DGK sədri Salyanda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyunun 20-də saat 11:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Təbriz Xəlilbəyli küçəsi 136) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti