...

Azərbaycan və İran media sahəsində əməkdaşlığı müzakirə ediblər

Cəmiyyət Materials 19 İyun 2014 14:24 (UTC +04:00)
İranda səfərdə olan Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün İran Dövlət Televiziyasının rəhbəri İzzətullah Zərğami ilə görüşüb.
Azərbaycan və İran media sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 19 iyun /Trend/

İranda səfərdə olan Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün İran Dövlət Televiziyasının rəhbəri İzzətullah Zərğami ilə görüşüb.

Trend İranın İRİNN kanalına istinadən xəbər verir ki, görüşdə media sahəsində qarşılıqlı əməkdaşlıq muzakirə olunub.

İ.Zərğami jurnalistlərə açıqlamasında iki ölkənin KİV və media sahəsində əməkdaşlığının inkişafının vacibliyini vurğulayıb.

Media sahəsində texniki əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələsi də iki ölkə rəsmisinin görüşündə əsas müzakirə mövzusu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti