...

Bakıda güclü şimal küləyi əsəcək

Cəmiyyət Materials 23 İyun 2014 13:24 (UTC +04:00)
Bakıda iyunun 24-də güclü şimal küləyi əsəcək, Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq.
Bakıda güclü şimal küləyi əsəcək

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda iyunun 24-də güclü şimal küləyi əsəcək, Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, iyunun 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 24-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Havanın temperaturu gecə 19-23, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində iyunun 24-də hava əsasən yağmursuz olacaq, gecə və axşam saatlarında şimşək çaxacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti