...

Qəbələdə xilasedici və yanğınsöndürənlərin yarışları keçirilir (FOTO)

Cəmiyyət Materials 23 İyun 2014 17:00 (UTC +04:00)
Qəbələdə "Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi və II Beynəlxalq yarışları keçirilir.
Qəbələdə xilasedici və yanğınsöndürənlərin yarışları keçirilir (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/

Qəbələdə "Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi və II Beynəlxalq yarışları keçirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Qəbələ şəhərində nazirliyin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi və "Gənc xilasedici" II Beynəlxalq yarışları keçirilir.

İyunun 22-də yarış iştirakçıları Bakı şəhərində Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar.

Sonra Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın məzarları ziyarət edilib.

İyunun 23-də Qəbələ şəhərində yarışların açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən FHN Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi, general-mayor Elşad Hüseynov yarış iştirakçılarına uğurlar arzulayıb, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliyini ifadə edib.

Beynəlxalq yarış çərçivəsində Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Belarusdan olan təmsilçilər, həmçinin respublika birinciliyi uğrunda yarışan 16 rayon və şəhər komandaları "Maneələr zolağı", "Kombinə edilmiş yanğın estafeti", "Axtarış-xilasetmə işi", "Komandaların təqdimatı" və "Divar qəzeti" mərhələlərində güclərini sınayırlar.

Yarışların bağlanışı mərasimi iyun ayının 28-də olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti