...

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq

Cəmiyyət Materials 4 İyul 2014 12:34 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə isti olacaq.
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

İyulun 5-də Azərbaycanın bölgələrində səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti