...

Fransa səfirliyindən viza almaq üçün görüş vaxtlarını təyin edən "TLScontact" şirkəti yeni əlavə əlaqə nömrələrini təqdim edib

Cəmiyyət Materials 10 İyul 2014 16:58 (UTC +04:00)
Bu il mayın 26-dan etibarən Fransa səfirliyindən Şenqen vizası almaq üçün görüş vaxtlarının təyin edilməsi və müraciət edənlərə pasportların qaytarılmasını həyata keçirən "TLScontact" şirkəti yeni əlaqə nömrələrini təqdim edib.
Fransa səfirliyindən viza almaq üçün görüş vaxtlarını təyin edən "TLScontact" şirkəti yeni əlavə əlaqə nömrələrini təqdim edib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Bu il mayın 26-dan etibarən Fransa səfirliyindən Şenqen vizası almaq üçün görüş vaxtlarının təyin edilməsi və müraciət edənlərə pasportların qaytarılmasını həyata keçirən "TLScontact" şirkəti yeni əlaqə nömrələrini təqdim edib.

Trend-in məlumatına görə, "TLScontact" şirkəti vətəndaşların viza almaq üçün şirkətin agentlərinə zəng etdiyi zaman yaranmış texniki problemlərə görə təəssüfünü bildirib. Şirkətin məlumatında qeyd olunur ki, artıq telefon vasitəsilə viza haqqında qaydaları və prosedurları öyrənmək üçün Məlumat Mərkəzinə əlavə əlaqə nömrələri vasitəsilə müraciət etmək olar.

Məlumat Mərkəzinin əlavə əlaqə nömrələri aşağıdakılardır: +994 12 404 12 03 / +994 12 404 12 04 / +994 12 404 12 05

Onu da qeyd edək ki, mayın əvvəlində "TLScontact" şirkətinin Azərbaycan nümayəndiliyinin saytı açılıb (https://www.tlscontact.com/az2fr). Həmin saytda viza ilə bağlı müraciət üçün prosedurlar, bütün növ vizalar üçün lazım olan sənədlər, həmçinin pasportları geri almaq üçün nümayəndəliyin ofisinin ünvanı göstərilib.

Əvvəlcə ərizəçi saytda qeydiyyatdan keçməli, səyahətin məqsədini, şəxsi məlumatları göstərməli, sonda 11.50 avro xidmət haqqı ödəməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti