Azərbaycan, Bakı, 14 iyul /Trend
Türkiyədə Səhiyyə Nazirliyinin dəstəyi ilə hamilələr üçün xüsusi telekanal açılacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.
Məlumata əsasən, yeni yaradılacaq "Gebe TV" adlı telekanal hamiləlik problemləri və onların həlli yolları ilə bağlı maarifləndirici verilişlər yayımlayacaq.
"Gebe TV"-nin yaxın günlərdə yayıma başlayacağı gözlənilir.