...

ƏƏSMN-nin Mərdəkan Müalicə Pansionatında əsaslı təmir işlərinə başlanılıb

Cəmiyyət Materials 22 İyul 2014 14:41 (UTC +04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Nazirliyin Mərdəkan Müalicə Pansionatında (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küç. 9.) əsaslı təmir işlərinə başlanılıb.
ƏƏSMN-nin Mərdəkan Müalicə Pansionatında əsaslı təmir işlərinə başlanılıb

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Nazirliyin Mərdəkan Müalicə Pansionatında (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küç. 9.) əsaslı təmir işlərinə başlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, pansionat əlilliyi olan şəxslərə və digər imtiyazlı vətəndaşlara dövlət hesabına fizioterapevtik müalicə üsulları ilə müalicə xidməti göstərən 100 yerlik bir müəssisədir. Burada il ərzində ölkənin müxtəlif bölgələrindən müvafiq yollayış əsasında gəlmiş 1000 nəfərdən artıq vətəndaşa müalicə xidməti göstərilir. Uzun illər pansionatda təmir işlərinin aparılmaması müəssisədə şəraitin yararsız hala düşməsinə və imtiyazlı şəxslərə lazımi xidmətin göstərilməsində çətinliklərin yaranmasına səbəb olmuşdu.

Əsaslı təmir işlərindən sonra pansionatın müasir müalicə metodika və texnologiyalarının tətbiqi üçün müvafiq avadanlıqlarla təchiz olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti